
Yüklənir
Səhifə hazırlanır...

Yüklənir
Səhifə hazırlanır...

Yüklənir
Səhifə hazırlanır...

Yüklənir
Səhifə hazırlanır...
Şirkətimizin profili
“ANQARD” şirkəti öz fəaliyyətinə 2010-cu ildən başlayıb. Müəssisəmizin yaradılmasında məqsəd sərfəli qiyməti və yüksək keyfiyyəti ilə seçilən tikinti materialları istehsal etməkdən ibarətdir. Zavodun ərazisi 8000 m2 sahəni əhatə edir. Məhsullarımız yanmaz, insan sağlamlığına zərəri olmayan, antibakterial, isti-soyuq və səs izolyasiyalıdır, yüngüldür (tikilinin konstruksiyasına əlavə yüklülük yaratmaz), seysmik cəhətdən elastikdir, tikiliyə əlavə dekorativ gözəllik verir. Məhsulun üzəri qranit tozu ilə möhkəmləndirilmiş, içərisi yüksək sıxlıqlı EPS materialındandır.
Layihələşdirmə
Bildiyiniz kimi, hər bir tikintinin başlanğıcı, yəni gələcək görünüşü, rahatlığı, funksionallığı və s. kimi göstəricilər məhz layihələşdirmə mərhələsində nəzərə alınmalıdır. Bu mərhələdə nəzərdən qaçan istəkləri bəzən düzəltmək qeyri-mümkün olur, mümkün olduğu təqdirdə isə çox baha başa gəlir. Bu da layihələşdirmə mərhələsinin önəmliliyini göstərir. Ümid edirik ki, sizlərlə əməkdaşlığımız məhz bu mərhələdən başlayacaq. Bu mərhələdən əməkdaşlığımız gələcəkdə sizləri əlavə məsrəflərdən, bizləri isə vaxt itkilərindən qoruyacaq.
Dizayn
Şirkətimiz tələb və istəklərinizə uyğun, ilkin görünüşü təmin edəcək dizaynları vizual formatda seçiminizə verə biləcək professional memar və dizayner qrupuna malikdir. Bizim müştəri məmnuniyyəti ilə sonlanan özünəməxsus üslubumuz, ideyalarımız və bu işdə illərdir formalaşmış səriştəmiz vardır. İnteryer, fasad, işıqlanma və landşaft dizaynları üçün bizə müraciətinizdə yanılmazsınız. VR texnologiyalarının son nailiyyətlərinin işimizdə tətbiqindən sonra sizlər dizayn olunmuş tikililərə virtual olaraq gəzintidə də iştirak edə bilərsiniz.
Tikinti
Bu mərhələ, bütün arzu və istəklərin, düşüncələrin, sözlərin və dizayn fotolarının reallaşdığı bir mərhələdir. Bu mərhələdə, sertifikatlaşdırılmış işçi qrupumuz və idarəedicilər tərəfindən görülən hər bir işimiz təhlükəsizlik və keyfiyyət nəzarətində aparılır. Tikintidə istifadə edəcəyimiz hər bir mal və materialın sertifikatı və daxili laboratoriyamızın rəyi olmadan istifadəyə buraxılışı olmur. Tərəfdaşlıq etdiyimiz şirkətlər, iştirak etdiyimiz layihələrin sifarişçiləri və müştərilərimiz apardığımız tikinti işlərinin məmnuniyyətini təsdiq edərək, bizlərlə uzunmüddətli əməkdaşlıq münasibətindədirlər.