ANQA

ANQARD HAQQINDA

biz ideyalarımızı sənət əsərinə çevirməyi bacarırıq.

“ANQARD” şirkəti öz fəaliyyətinə 2010-cu ildən başlayıb. Müəssisəmizin yaradılmasında məqsəd sərfəli qiyməti və yüksək keyfiyyəti ilə seçilən tikinti materialları istehsal etməkdən ibarətdir . Zavodun ərazisi 4000 m2 sahəni əhatə edir.

Məhsullarımız yanmaz, insan sağlamlığına zərəri olmayan, antibakterial, isti-soyuq və səs izolyasiyalı, yüngül (yəni tikilinin konstruksiyasına əlavə yüklülük yaratmır), seysmik cəhətdən elastikdir, tikiliyə əlavə dekorativ gözəllik verir . Məhsulun üzəri qranit tozu ilə möhkəmləndirilmiş, içərisi izolyasion xarakterli yüksək sıxlıqlı EPS materialından ibarətdır . EPS – (Expanded Polystryen Foam) Ağ rəngli sərt köpük halında Genişləndirilmiş Polistren materialdır.

“ANQARD” şirkəti istehsal etdiyi malların keyfiyyəti və sərfəli qiyməti ilə bu sahədə liderdir . Həmçinin öz müştərilərinə dizayn, tikinti və quraşdırma ilə bağlı bütün növ xidmətləri göstərir.

Düşünürük ki, yaratdığımız tərəfdaş münasibətləri, sizlər üçün işlədiyimiz hər bir layihənin bizim üçün dəyərliliyini göstərir. Layihələrin ərsə gəlməyində, keyfiyyətimiz, təcrübəmiz, səriştəmiz və işgüzarlığımız kimi üstünlük verdiyimiz dəyərlərdən formalaşan bir xüsusiyyətlərimiz həmçinin də sizin layihələrin həm arxitektura gözəlliyini, həm iqtisadi səmərəliliyinin, həm də maddi dəyərini artırır.

Bizim xidmətlərimiz

LAYİHƏLƏŞDİRMƏ

Bildiyiniz kimi, hər bir tikintinin başlanğıcı, yəni gələcək görünüşü, rahatlıgı, funksionallığı və s. kimi göstəriciləri məhz layihələşdirmə mərhələsində nəzərə alınmalıdır. Bu mərhələdə nəzərdən qacan istəkləri bəzən düzəltmək qeyri-mümkün olur, mümkün olduğu təqdirdə isə cox baha başa gəlir. Bu da Layihələşdirmə mərhələsinin önəmliliyini göstərir. Ümüd edirik ki, sizlərlə əməkdaşlığımız məhz bu mərhələdən başlayacaq. Bu mərhələdən əməkdaşlığımız gələcəkdə sizləri əlavə məsrəflərdən bizləri isə vaxt itkilərindən qoruyacaq.

DİZAYN

Şirkətimiz tələb və istəklərinizə uyğun, ilkin görünüşü təmin edəcək dizaynları vizual formatda seciminizə verə biləcək professional memar və dizayner qrupuna malikdir. Bizim müştəri məmnuniyyəti ilə sonlanan özünəməxsus üslubumuz, ideyalarımız və bu işdə illərdi formalaşmış səriştəmiz vardır. İnteryer, fasad, işıqlanma və landşaft dizaynları üçün bizə müraciətinizdə yanılmazsınız. VR Texnologiyalarının son nailiyyətlərinin işimizdə tətbiqindən sonra sizlər dizayn olunmuş tikililərə virtual olaraq gəzintidə də iştirak edə bilərsiniz.

TİKİNTİ

Bu mərhələ, bütün arzu və istəklərin, düşüncələrin, sözlərin və dizayn fotolarının reallaşdığı bir mərhələdi. Bu mərhələdə, sertifikatlaşdırılmış işçi qrupumuz və idarəedicilər tərəfindən görülən hər bir işimiz təhlükəsizlik və keyfiyyət nəzarətində aparılır. Tikintidə istifadə edəcəyimiz hər bir mal və materialın sertifikatı və daxili laboratoriyamızın rəyi olmadan istifadəyə buraxılışı olmur. Tərəfdaşlıq etdiyimiz şirkətlər, iştirak etdiyimiz layihələrin sifarişçiləri və müştərilərimiz apardığımız tikinti işlərinin məmnuniyyətini təsdiq edərək, bizlərlə uzunmüddətli əməkdaşlıq münasibətindədirlər.

Bizimlə əlaqə

əlaqə
+994 12 514-33-81
+994 50 213-13-73
info@anqard.com
Ziya Bunyadov Pro. 69, Bakı, Azərbaycan
Cox sagolun!. Sizin mesajınız müvəffəqiyyətlə göndərildi...
Bağışlayın, xəta baş verdi
© AZ ISS LLC 2018. All Rights Reserved.